Qvardiola üsyan etdi: Ona bu vaxtı verin, 80 oyun oynasın
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Siti”nin yarımmüdafiəçisi Rodrinin mövsümün əvvəlində niyə çarpaz bağlarını cırması ilə bağlı sualı cavablandırıb.
“Rodri niyə zədələndi? Keçən mövsüm 75 oyun keçirdi! Mən tətildə olanda o, Avropa çempionatında idi, qalib gəldi, zədələndi, sonra sağaldı. Əgər bağ zədəniz varsa, hansı səviyyədə qalacağınızı bilirsinizmi? İnanın, yox. Amma Rodri ən yaxşı formada olmasa da, “İnter” və “Arsenal”la matçlarda mənə lazım idi.
Rodriyə üç-dörd ay istirahət verilən NBA nümunəsinə uyğun olaraq iki aya qədər məzuniyyət verin. O, əla olacaq və ondan sonra 80 oyun da keçirə bilər. Amma ona bu vaxtı verin”, – deyə Qvardiola bildirib.
Aut.az
