Velosipedin əfsanəvi “Hannibal”ı “axmaq qəza”ya düşdü
Əfsanəvi belçikalı velosipedçi Eddi Merks “axmaq velosiped qəzası” keçirib.
Aut.az xəbər verir ki, o, qəza nəticəsində ombasını sındırıb və əməliyyat olunacaq.
Merks Herentals (Belçika) xəstəxanasına aparılıb. 79 yaşlı əfsanə Mexelelnin qərb tərəfində və Brüssel yaxınlığındakı evinin şimalında hərəkət edərkən yerə çırpılıb.
Həyat yoldaşı Klaudine Merks bunu “axmaq qəza” adlandırdıb.
Merks kişilərin profesional velosipedi tarixində ən uğurlu idmançı kimi tanınır. O, yarış karyerası ərzində aqressivliyinə və dominantlığına görə Hannibal ləqəbini qazanıb. O, idmanın əfsanəvi şəxsiyyəti olaraq qalır, xüsusən də qəza xəbərinin böyük rezonans doğurduğu Belçikada.
Eddi 525 yarışda qələbə qazanıb, o cümlədən onun hesabında “Grand Tour” da 11, “Tour de France”da 5 dəfə qalib olub.
O, beş “Monument Classics”in hamısını qazanıb.
Aut.az
