“Barsa” rəhbərliyinə xəbər göndərdi: Gəlməyə hazıram
“Atletik Bilbao”nun vingeri, 22 yaşlı Niko Uilyams yay transfer pəncərəsində “Barselona”ya keçmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es”in jurnalisti Toni Xuanmarti məlumat yayıb.
Mənbənin məlumatına görə, Uilyams Kataloniya klubunun rəhbərliyinə onlara keçməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, cari mövsüm başlamazdan əvvəl “Barselona” cinah oyunçusuna transfer təklifi etsə də, o, “Atletik”də qalmaq istədiyini bildirərək, bundan imtina edib.
Xatırladaq ki, Uilyams 2021-ci ilin iyulundan “Atletik”də çıxış edir. Futbolçunun müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. “Transfermarkt”ın məlumatına görə, vingerin dəyəri 70 milyon avrodur.
Aut.az
