Ukraynalı karateçi rusla şəkil çəkdirməkdən qətiyyətlə imtina etdi – VİDEO
Venesiyada Karate 1 Gənclər Liqasının mərhələsi keçirilir.
Aut.az xəbər verir ki, internetdə ukraynalı gənc karateçi Mariya Qnesin finalda ona qalib gələn rusiyalı Veronika Qaşnikova ilə (4:3) şəkil çəkdirməkdən inadkarcasına imtina etməsinin videosu yayılıb. Qanşikova bu yarışda neytral idmançı kimi çıxış edib.
Videoda Qnesin, fotoqraf birgə şəkil çəkdirməyi xahiş etdiyi zaman postamentdən necə ayrıldığı göstərilir. Onu həmyerlisi Anna Vaşçişin də dəstəkləyib.
