Uayt bu davaya görə gürcünü hədələdi: Sənə çoxlu pula başa gələcək – VİDEO
UFC prezidenti Deyn Uayt UFC 310-da rusiyalı Mövsər Evloyevlə amerikalı Aljameyn Sterlinq arasında döyüşdən sonra gürcü çempionu Merab Dvalişvilinin iştirakı ilə baş verən insidenti şərh edib.
Aut.az xəbər verir ki, Uayt gürcünün cəzalanacağını bildirib.
“O, mənim mini Striklendimdir. Bəs sən nə edirsən? Sən lənətə gəlmiş azarkeşlərlə dava sala bilməzsən. Bu, sənə çoxlu pula başa gələcək.
Mən həmişə bu barədə danışıram. Biz bu lənətə gəlmiş döyüş işindəyik. Bəli, bu baş verir. Biz bununla məşğul olmalıyıq”, – “MMA Fighting” Uaytdan sitat gətirib.
Aut.az
