Dünya futbolu

Millimizin üzvü oynadı?

Albaniya çempionatında 17-ci turun bir sıra oyunları keçirilib.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” doğma meydanında “Skenderbeu”nu qəbul edib və 1:0 qalib gəlib.

Əliyev meydana start heyətində çıxıb və sona qədər oynayıb.

“Eqnatiya” hazırda aktivindəki 30 xalla turnir cədvəlinə rəhbərlik edir.