İngiltərə

Ağır qəzaya düşən futbolçu meydana nə vaxt qayıdacaq?

İki gün öncə dəhşətli avtomobil qəzası keçirən “Vest Hem”in hücumçusu Mixail Antonio ən azı 1 il yaşıl meydanlardan kənarda qalacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

İngiltərə klubu forvardın dekabrın 7-də yol qəzası nəticəsində aldığı alt ətrafının sınığı səbəbindən əməliyyat olunub. Onun bərpa prosesi 1 ildən tez çəkməyəcək.

Klubun mətbuat xidməti forvardın daha bir neçə gün həkim nəzarətində olacağını açıqlayıb.

Qeyd edək ki, 34 yaşlı yamaykalı hücumçu bu mövsüm “Vest Hem”in heyətində Premyer Liqada 14 oyun keçirib və 1 qol vurub.

Aut.az