Dünya futbolu

KDÇ-nin qalibinin nə qədər qazanacağı bəlli oldu

FİFA 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında çıxış edəcək komandalarla turnirdə iştirakın iqtisadi məqsədəuyğunluğunu izah etmək üçün görüş keçirib.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin məlumatına görə, bu görüşdə FİFA nümayəndələri konkret rəqəmlər açıqlamasa da, 2025-ci il Klublararası Dünya Çempionatının mükafat fondunun Çempionlar Liqasındakı analoji fondu keçə biləcəyini bildiriblər.

FİFA-nın qarşısına turnirdə qalib gələn kluba ən azı 100 milyon avro ödəmək vəzifəsi qoyduğu vurğulanır.

Aut.az