İspaniya

Təcavüzkar futbolçu “Real” və “Barselona”nın hədəfində

“Barselona” və “Real” “Marsel”in ingilis hücumçusu Meyson Qrinvudu izləyir.

Aut.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.

23 yaşlı futbolçu Fransa klubunda keçirdiyi uğurlu mövsümə görə 2 super klubun maraq dairəsinə düşüb. Futbolçunun transferi reallaşarsa, sabiq klubu “Mançester Yunayted” də bir neçə milyon avro qazanacaq.

Qeyd edək ki, bu mövsüm Meyson Qrinvud Liqa 1-də 13 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Qrinvud “qırmızı şeytanlar”ı sevgilisi ilə təcavüz qalmaqalından sonra tərk edib. O, əvvəlcə icarə əsasında “Xetafe”də çıxış edib. Bu yay isə “Marsel”ə transfer olunub.

Aut.az