“Barsa” Qrizmannı buna görə buraxıbmış – Xavidən acı etiraf
“Barselona”nın baş məşqçisi Xavi kataloniyalıların Antuan Qrizmannı “Atletiko Madrid”ə buraxmasının səbəbini açıqlayıb.
“Antuan Qrizmannı yalnız maliyyə vəziyyətinə görə buraxmaq qərarına gəldik, klub onu buraxmaq məcburiyyətində qaldı. Qrizmann çox bəyəndiyim oyunçudur, lakin o, bu səbəbdən getdi”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Xavidən sitat gətirib.
Bu mövsüm Qrizmann “Atletiko”nun heyətində bütün turnirlərdə 37 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur.
Aut.az
