Almaniya

Alonso əfsanələrin rekordunu qıra biləcək? – Bir addım qaldı

“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso baş məşqçi kimi Almaniya kubokunda keçirdiyi ilk 9 matçın hamısında qalib gəlib.

Aut.az “Opta Sport”a istinadən xəbər verir ki, Alonso turnirin ilk 10 görüşündə qalib gələn həmkarları, Lui van Qaal və Pep Qvardiolanın XXI əsr rekorduna yaxındır. İspaniya mütəxəssisin komandası yarımfinala vəsiqə qazansa, bu nəticəni təkrarlayacaq, finala yüksələcəkləri halda isə yeni rekordçu olacaqlar.

Almaniya kubokunun 1/8 finalında “Bayer” “Bavariya”nı 1:0 hesabı ilə məğlub edib. Bununla “əczaçılar” turnirin 1/4 finalına yüksəlib.

Qeyd edək ki, “Bayer Leverkuzen” hazırkı ölkə kubokunun sahibi və Almaniya çempionudur.

Aut.az