İspaniya

Yamal gününü bu ehtiraslı modellə keçirir – FOTO

“Barselona”nın və İspaniya millisinin vingeri Lamin Yamal italyan model Anna Genoso ilə çox vaxt keçirir.

Aut.az xəbər verir ki, İspaniya mətbuatına görə, Lamin Anna və onun rəfiqəsinə (Fabiola Ballieri) “Barselona”nın “Las Palmas”la ev oyununda iştirak edə bilmələri üçün Neapoldan təyyarə bileti alıb.

Laminlə Annanın çox yazışdığı və vaxtaşırı bir-birinə zəng etdiyi də bildirilir. Matçdan sonra Lamin, əmisi oğlu və başqa bir dostu qızlara qoşularaq Barselona yaxınlığındakı “La Roca Village” butik mağazalarını gəziblər.

“Lamin bu qıza aşiqdir, amma tələsməməyə və münasibətlərini sakit şəkildə inkişaf etdirməyə razılaşıblar. Aydındır ki, Anna Aleks Padiledən ayrıldıqdan sonra Yamalın yeni ehtirasıdır”, – mətbuat yazır.

Yamal gününü bu ehtiraslı modellə keçirir – FOTO Yamal gününü bu ehtiraslı modellə keçirir – FOTO Yamal gününü bu ehtiraslı modellə keçirir – FOTO Yamal gününü bu ehtiraslı modellə keçirir – FOTO

Aut.az