Türkiyə

“Qalatasaray”dan inanılmaz antirekord

Dekabrın 1-də Türkiyə Superliqasının 14-cü turunda “Qalatasaray” – “Eyupspor”la qarşılaşıb. Görüş heç-heçə (2:2)  yekunlaşıb.

Aut.az xəbər verir ki, bu görüşdə “sarı-qırmızılılar” 2022-ci ildən bəri klublar arasında antirekord vurub: “Qalatasaray” matçda 10 qol şansı yaradan və hamısını əldən verən ilk komanda olub.

Bu mövsüm Qalatasaray 13 liqa matçından (11 qələbə, 2 heç-heçə, 0 məğlubiyyət) sonra 35 xalla çempionatda 1-ci yerdədir. Ən yaxın təqibçi isə 13 matçdan 32 xal toplayan “Fənərbaxça”dır.

Aut.az