Formula 1

Özü hər şeyi başa düşür: “Red Bull” onu qovacaq

Formula 1 komandası “Red Bull”, ilin ortasında iki illik  müqavilə imzalamasına baxmayaraq, Əbu-Dabidəki finaldan sonra pilot Serxio Pereslə müqaviləyə xitam verməyi planlaşdırır.

Aut.az xəbər verir ki, “Red Bull” rəhbərliyi bunu birbaşa təsdiq etmir, lakin hadisələrin bu cür inkişafına işarə edir: “Serxio nə baş verdiyini anlamaq üçün kifayət qədər təcrübəli pilotdur”, – komandanın rəhbəri Kristian Horner bildirib.

Peres cari mövsümü ümumi sıralamada 8-ci yerdə başa vuracaq, komanda yoldaşı Maks Ferstappen isə çempion olub.

Peresi RB gənclər komandasından Liam Lavson və ya Yuki Tsunodanın əvəzləyəcəyi gözlənilir.

Aut.az