Azərbaycan futbolu

Kurban Berdiyev: “Təcrübə çatmadı”

“Turan Tovuz” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sabah”a penaltilər seriyasında məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Aut.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Hər şeydən əvvəl Denis Marandiçinin zədələnməsi ağırdır. İkincisi də təcrübə çatmadı. Qələbə hesabını qoruya bilmədik. Müdafiədə sadə səhv və nəticədə qol oldu.

– Denis Marandiçinin zədələnməsi komandaya necə təsir etdi?

– Çox böyük təsiri oldu. Amma uşaqlar sona qədər döyüşdülər. Penaltilər seriyası lotoreyadır. Çox üzücü oldu ki, ikinci qolu adi, elementar səhvdən buraxdıq.

– Rəqibin ilk qolunu necə şərh edərdiniz?

– Qeyri-adi heç nə deyə bilmərəm.