Dünya futbolu

“Qarabağ”ın rəqibi ölkə çempionu oldu

“Bodo-Qlimt” Norveç çempionatının son 30-cu turunda “Lillestrom”u məğlub edərək (5:2) turnirin qalibi olub.

Aut.az xəbər verir ki, “sarı-qaralar” klubu “Vikinq”lə heç-heçə edən (1:1) və ikinci sırada qərarlaşan “Brann”ı üç xal qabaqlayaraq mövsümü 62 xalla başa vurub.

Beləliklə, klub tarixində dördüncü dəfə Norveç çempionu olub. “Bodo-Qlimt”daha əvvəl 2020, 2021 və 2023-cü illərdə bu uğura imza atıb.

Qeyd edək ki, “Bodo” təmsilçimiz “Qarabağ”ın Avropa Liqasındakı rəqibi olub. Bu komandalar arasında Norveçdə baş tutan görüş Ağdam klubunun qələbəsi ilə başa çatıb – 1:2.

Aut.az