İngiltərə

Amorim 17 yaşlı istedadı istəyir: Qiyməti 50 milyondur

“Sportinq”in portuqaliyalı vingeri Covani Kenda “Mançester Yunayted”ə keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbənin sözlərinə görə, cinah oyunçusu “qırmızı şeytanlar” üçün prioritet olub. Bernardo Silva və Kriştiano Ronaldo kimi ulduzları təmsil edən Kendanın agenti Xorxe Mendes klub rəhbərliyi ilə şəxsən görüşüb.

Kendanı “Sportinq”dən tanıyan “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim futbolçunun klubun hücumunu gücləndirə biləcəyinə inanır. Futbolçunun “Sportinq”lə müqaviləsində 50 milyon avro təzminat nəzərdə tutulub.

“Transfermarkt” internet portalı 17 yaşlı vingerin transfer dəyərini 15 milyon avro qiymətləndirir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Kenda “Sportinq”in heyətində bütün yarışlarda 21 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Aut.az