Qvardiolanın prioriteti: Görün kimi alınmasını istəyir
İngiltərənin “Mançester Siti” klubu “Bayer”in ulduz yarımmüdafiəçisi Florian Virtsi transfer etmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Virtsi transfer etmək “Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əsas prioritetdir. “Bayer” liderini satmaq istəmir, lakin mənbənin məlumatına görə, İngiltərə klubu futbolçu üçün onun transfer dəyərindən artıq məbləğ ödəməyə hazırdır.
“Transfermarkt” internet portalı 21 yaşlı futbolçunun transfer dəyərini 130 milyon avro qiymətləndirir. Yarımmüdafiəçinin klubla müqaviləsi 2027-ci ilə qədərdir.
Bu mövsüm Virts “Bayer”in heyətində bütün yarışlarda 19 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.
Aut.az
