İngiltərə

İşi yağ kimi gedir: Hiddink və Ançelottinin rekordunu təkrarladı

Noyabrın 24-də “Liverpul” Premyer Liqanın 12-ci turunun səfər matçında “Sauthempton” üzərində əzmkar qələbə qazanıb. Görüş mersisaydlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Aut.az xəbər verir ki, 12 turun nəticələrinə əsasən, “Liverpul”un 10 qələbəsi, 1 heç-heçəsi və 1 məğlubiyyəti var. “Qırmızılar”ın baş məşqçisi Arne Slott, Premyer Liqada ən qısa müddətdə qazanılan 10 qələbə rekordunu təkrarlayıb.

“Opta”ya görə, ondan əvvəl Quus Hiddink və Karlo Ancelotti Premyer Liqada məşqçilik macəralarına belə başlayıblar, liqada 10 qələbəni12 matçda əldə ediblər.

Hazırda “Liverpul”un ikinci pillədəki “Mançester Siti”dən üstünlüyü 8 xaldır.

Aut.az