Türkiyə

“Ronaldo “Fənərbağça”ya gəlir xəbərinə Mourinyodan reaksiya gəldi

Joze Mourinyo “Fənərbağça”nın “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə maraqlandığı ilə bağlı yayılan xəbərə  münasibət bildirib.

“Kristiano İstanbula yemək yeməyə gələ bilər, çünki şəhər Səudiyyə Ərəbistanı ilə Portuqaliyanın ortasındadır. Ronaldo köhnə dostu Joze Mourinyonu ziyarət etmək üçün şəxsi təyyarəsinə də minə bilər. Sonra otelimdə yemək yeyə bilərik.

Onun “Fənərbağça”da oynayacağını deyənlərə gəlincə, onlar ya yazdıqlarını başa düşmürlər, ya da yaydıqları gülünc xəbərlərə sevinirlər”, – Mourinyonun sözlərini “Fanatik” sitat gətirib.

Daha əvvəl mətbuatda Mourinyonun Ronaldoya şəxsən zəng edərək onu “Fənərbağça”ya dəvət etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Aut.az