Ulduzdan şok etiraf: Həmin oyunda sərxoş idim
38 yaşlı keçmiş basketbolçu Lui Uilyams maraqlı açıqlama vetib.
Aut.az xəbər verir ki, o, “Los Anceles Klippers”də çıxış etdiyi zaman karyerasında yaşadığı ən maraqlı hadisədən danışıb. Lui matçlardan birində sərxoş şəkildə oynadığını deyib:
“Bizim Nyu Yorkda oyunumuz var idi. Niyəsini xatırlamıram, amma oyuna içkili halda gəlmişdim. Deyə bilərəm ki, mənim üçün çox çətin oldu. Məşqçi Dok Rivers məni ehtiyatda oturtdu, amma ikinci hissə üçün hazırlaşmağımı söylədi. Ayağa qalxa biləcəyimə inanmırdım.
Sonra məşqçi məni çağırdı. Meydana girən kimi yaxşı olmadığımı anladım. Dərhal iki dəfə topu itirdim. Məşqçiyə etiraf etməli oldum. Əvəz olunmağımı xahiş etdim və sərxoş olduğumu dedim.
Məşqçi mənə baxdı və dedi: “Sən bütün ikinci hissəni oynayacaqsan, sonra isə dördüncü hissənin hamısında meydanda olacaqsan”. Həmin oyunda mən 29 xal topladım”.
Aut.az
