“Barselona” möhtəşəm gecədə yeni maskotunu təqdim edəcək
“Barselona” gələn həftə klubun 125 illik yubiley tədbirləri çərçivəsində yeni komanda maskotunu təqdim edəcək.
Aut.az xəbər verir ki, klubun 1999-cu ildə 100 illik yubileyinin bir hissəsi olaraq Klem adlı bir talisman var idi. Bu, papağı arxaya çevrilmiş oğlan formasında şişmə kukla idi.
Klem klubun müvəqqəti maskotu idi, yeni maskot isə qalıcı olacaq. “Relevo” xəbər verir ki, yeni maskot kataloniyalı qrafik dizaynerlər tərəfindən hazırlanıb. Həm “real” versiya, həm də qrafik versiya olacaq.
Gələn cümə axşamı, “Barselona” 125 illik yubileyini La Rambladakı Liceo teatrında möhtəşəm bir gecə ilə qeyd edəcək, burada Lionel Messi də daxil olmaqla, klubun indiki və keçmişindən bir çox məşhurların iştirak edəcəyi gözlənilir.
Aut.az
