Buffon ona qarşı oynayan ən yaxşı futbolçunun adını açıqladı: 5 “Qızıl top” qazanmalı idi
Əfsanəvi italiyalı qapıçı Canluici Buffon Neymarı rəqib olduğu ən yaxşı oyunçu adlandırıb.
Aut.az xəbər verir ki, Buffon bunu “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.
“Üç nəslə qarşı oynamışam, necə seçə bilərəm? Zinəddin Zidan, Ronaldo Nazario, Lionel Messi, Kriiştiano Ronaldo, Andreas İnyesta… Bir nəfərin adını çəkmək lazımdırsa, Neymar. Futbolçu və şəxsi kefiyyətlərini nəzərə alsaq, o, 5 “Qızıl top” qazanmalı idi”.
Qeyd edək ki, Buffon və Neymar PSJ-də komanda yoldaşı olub.
Aut.az
