38 il sonra unikal nailiyyət təkrarlandı
İtaliyalı tennisçi Yannik Sinner finalda amerikalı Teylor Fritsi iki setdə məğlub edərək ATP Final Turnirinin qalibi olub – 6:4, 6:4.
Aut.az xəbər verir ki, dünyanın bir nömrəsi titula gedən yolda rəqiblərinə bir set belə götürməyə imkan verməyib. Beynəlxalq Tennis Şöhrət Zalının mətbuat xidmətinin məlumatına görə, Sinner 38 ildə ATP Final turnirində rəqiblərində set verməyən ilk tennisçi olub.
1986-cı ildə Çexoslovakiya təmsilçisi İvan Lendl də buna nail olmuşdu.
Aut.az
