Digər

“Barselona” prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

“Barselona” klubunun prezidenti Xuan Laporta Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib.

Aut.az xəbər verir ki, Laporta abidənin önünə əklil və gül dəstələri qoyub.

Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib.