Digər

Ünlü idmançı ana oldu – FOTO

Norveç biatlonunun ulduzu Marte Olsbyu Ryseland ana olub.

Aut.az xəbər verir ki, bu barədə sosial şəbəkədə sabiq idmançı özü məlumat verib.

O, noyabrın 19-da oğlu Tobiası dünyaya gətirdiyini açıqlayıb.

32 yaşlı norveçli hazırda Almaniyanın qadınlardan ibarət biatlon yığmasını çalışdıran Sverre Roiselandla evlidir.

“Tobias, 11/19/23. Şübhəsiz ki, o, bizim əsas qızılımızdır”, – deyə norveçli keçmiş biatlonçu yazıb.

Olsbyu ötən mövsümün sonunda karyerasının bitirib. O, 3 qat Olimpiya çempionu və 13 qat dünya çempionudur.

Ünlü idmançı ana oldu – FOTO

Aut.az