Dünya futbolu

Poqbanın məşq etdiyi yer bəlli oldu: Əfsanənin yanına gedir?

Turin “Yuventus”unun fransız yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyi barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, Poqbaya bir neçə təklifin də olduğu bildirilir. 31 yaşlı futbolçu hazırda əfsanəvi Lionel Messinin çıxış etdiyi “İnter Mayami” klubunun yerləşdiyi Mayamidə müntəzəm olaraq fərdi məşq edir.

Qeyd olunur ki, 2025-ci ilin yanvar ayından etibarən Pol istənilən klubla məşq etməyə icazə veriləcək və daha 2 aydan sonra rəsmi oyunlarda iştirak edə biləcək.

2022-ci ilin yayında “Yuventus”a qayıtdıqdan sonra Pol Poqba zədə və dopinq qalmaqalı səbəbindən klub səviyyəsində cəmi 12 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Aut.az