Digər

Finalda məğlub olan 8 yaşlı qız atası tərəfindən belə döyüldü – VİDEO

Kosovalı məşqçi Valmir Fetiu Albaniyanın Tirana şəhərində keçirilən Avropa uşaq taekvondo çempionatında finalda məğlub olduqdan sonra 8 yaşlı qızı Valinanı vurub.

Aut.az xəbər verir ki, görüşün sonunda o, ağlayan qıza aqressiv şəkildə nəsə deyib, daha sonra onun üzünə sillə vurub.

Avropa Taekvondo İttifaqının (ETU) səhifəsində məşqçinin nalayiq davranışına görə 6 ay müddətinə diskvalifikasiya edildiyi barədə məlumat yayılıb.

Finalda Serbiya təmsilçisinə məğlub olan Valina Fetiu bundan sonra məşqçidən üzünə zərbə alıb. Məşqçi bildirib ki, sillə cəza deyil, onu sakitləşdirmək üçün bir vasitədir.

“O, rəqibindən qat-qat güclü olmasına baxmayaraq, ikinci yeri tutdu. Onun 8 yaşı var və ağlamağa başladı. Şillə onu sakitləşdirməli idi. Bu, qızım üçün bir az sarsıdıcı oldu”, – Fetiu deyib.

Aut.az