Bundesliqada istefa
“Hoffenhaym”ın mətbuat xidməti Pelleqrino Mataratsonun komandanın baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, məlumatda qeyd olunur ki, 46 yaşlı mütəxəssisin istefasına səbəb klubun mövsümün ilk yarısındakı qeyri-qənaətbəxş nəticələri olub.
Mataratsonun gedişindən sonra komandaya müvəqqəti olaraq Frank Frelinq və Benjamin Hübner rəhbərlik edəcək.
“Hoffenhaym” Bundesliqanın 10 turundan sonra 9 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Aut.az
