Salah “Top-5” liqalarda bunu bacaran ilk oyunçu oldu
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 11-ci turunun “Aston Villa” ilə qarşılaşmasında (2:0) 1 qol və 1 assistə imza atıb.
Aut.az xəbər verir ki, Salah bu mövsüm bütün turnirlərdə 17 oyunda 10 qol vurub və 10 məhsuldar ötürmə edib. “Opta”nın məlumatına görə, Salah bu mövsüm Avropanın “Top-5” liqasında qol və ötürmələrdə ikiqat rəqəmə çatan ilk oyunçudur.
Bu, Salahın “Liverpul”da ardıcıl dördüncü mövsümüdür. Misirli sonuncu dəfə 2020/21 mövsümündə bunu bacarmayıb.
Aut.az
