Digər

Cons onu İslamdan üstün tutan UFC prezidentinə cavab verdi

Amerikalı döyüşçü, ağır çəkidə UFC çempionu Con Cons UFC prezidenti Deyn Uaytın sözlərinə cavab verib.

Aut.az xəbər verir ki, daha Uayt  öz versiyasında UFC döyüşçüləri reytinqində Consu İslam Maxaçevdən üstün tutmuşdu. Xatırladaq ki, reytinqin rəsmi versiyasında Maxaçev 1-ci, Cons isə üçüncüdür.

“Bu, sadəcə bir şərəfdir, hamısı budur. 37 yaşında sadəcə olaraq ən yaxşı döyüşçülərdən biri hesab olunmaq böyük şərəfdir. Çox minnətdaram ki, boss, bütün döyüşləri ön cərgədən izləyən adam məndə bunu görüb.

Mən minnətdaram ki, o, etiraz edənlərə və bəzi azarkeşlərə məni kənara itələməyə imkan vermədi. Bu şirkətdə çox yaxşı iş görmüşəm. Və mən bu şöhrətə görə minnətdaram”, – Cons Kevin İola müsahibəsində deyib.

Noyabrın 17-də Con Cons Nyu-Yorkda (ABŞ) UFC 309-da amerikalı Stipe Miocic ilə ağır çəkidə UFC çempionu titul döyüşü keçirəcək.

Aut.az