Dünya futbolu

Bu məğlubiyyətdən sonra qəzəbləndi: Problem mənəmsə, gedəcəm

“Marsel”in baş məşqçisi Roberto De Zerbi evdə “Oser”ə məğlubiyyətdən (1:3) sonra Fransa klubunu tərk etməyə hazır olduğunu bildirib.

“Bu ev məğlubiyyətinin məsuliyyətini öz üzərimə götürməliyəm. Evdə çətinliklərimiz var, bunu başa düşmək olar. Bilmirəm, bu çatışmazlıq cəsarətsizlikdir, yoxsa şəxsimlə bağlıdır.

Bu təcrübəni yaşamaq istədiyim üçün bura gəldim. Əgər problem mənəmsə, gedəcəm.

Mənim üçün pul heç nədir, qalan şeylər isə məni narahat etmir.  Bəhanələr gətirmək və boş-boş danışmaq istəmirəm, gözün  içinə dik baxmalıyam”.

20 xalı olan De Zerbinin komandası Liqa 1-də 2-ci pillədə qərarlaşıb.

Aut.az