21-ci əsrdə ilk “Real” qapıçısıdır ki, bunu bacardı
“Real Madrid”in qapıçısı Andrey Lunin La Liqa matçında qol ötürməsi edib.
Aut.az xəbər verir ki, ukraynalı qolkiper İspaniya çempionatının 13-cü turunda “Osasuna” ilə oyunun 61-ci dəqiqəsində qol ötürməsi edib. Luninin ötürməsindən Vinisius Junior fərqlənib.
“Opta”nın məlumatına görə, Lunin 21-ci əsrdə La Liqa matçında assist edən ilk “Real” qapıçısı olub.
Aut.az
