Toralın qolu “ən yaxşı”ya namizəddir
“Qarabağ”ın futbolçusu Toral Bayramovun Norveçdə “Budyo Qlimt”ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı adına namizəddir.
Aut.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Liqa mərhələsinin IV turunda digər namizədlər Almaniyanın “Ayntraxt” (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi “Ludoqorets”dən Erik Markus və Türkiyə “Qalatasaray”ından Yunus Akgündür.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. “Qarabağ” Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.
