Azərbaycanı Yunanıstandakı turnirdə təmsil edəcək gimnastlar müəyyənləşdi
Azərbaycanı Yunanıstanın Saloniki şəhərində qadın idman gimnastikası üzrə keçiriləcək “Horizon Cup” beynəlxalq turnirində təmsil edəcək gimnastlar müəyyənləşib.
Aut.az xəbər verir ki, , yarışda məşqçi Əli İsgəndərlinin rəhbərliyi altında Aytən Məmmədova, Dəniz Əliyeva, Xədicə Abbaszadə, Albina Aliyeva, Leyla Məmmədzadə və Aynaz Məcidzadə iştirak edəcəklər.
Qeyd edək ki, “Horizon Cup” noyabrın 8-10-da keçiriləcək.
