Basketbol

Məşhur basketbolçunun mənzilini qarət etdilər

“Miluoki Baks”ın hücumçusu Bobbi Portis, “Klivlend”lə oyunda olarkən evində oğurluq olduğunu bildirdi.

Aut.az xəbər verir ki, basketbolçu bu xoşagəlməz hadisə ilə bağlı “İnstaqram” səhifəsində danışıb.

“Bu şəhər artıq mənim üçün ev kimidir. Çox ağırdır ki, siz oyunda olanda, özünüzü hər bir azarkeşə həsr edəndə, kimsə  evinizə soxularaq bütün qiymətli əşyalarınızı götürürlər”, – Portis yazıb.

Onun sözlərinə görə, basqınçılar onun üçün təkcə maddi deyil, həm də şəxsi əhəmiyyəti olan qiymətli əşyaları oğurlayıblar. Hazırda yerli polisdən rəsmi şərh yoxdur.

Aut.az