Dünya futbolu

“İnter Mayami” son dəqiqədə yıxıldı, 3-cü görüş olacaq – VİDEO

Noyabrın 3-nə keçən gecə MLS-in pley-off mərhələsinin 1/8 final mərhələsinin “Atlanta Yunayted” və “İnter Mayami” komandaları arasında ikinci oyunu keçirilib.

Aut.az xəbər verir ki, görüş “Atlanta”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 40-cı dəqiqədə “İnter Mayami” açıb, David Martines fərqlənib. Meydan sahibləri 58-ci dəqiqədə Derrik Uilyamsın dəqiq zərbəsi sayəsində hesabı bərabərləşdirib.

94-cü dəqiqədə “Atlanta”nın qələbəsini 5 dəqiqə əvvəl meydana çıxan Şandra Silva gətirib.

İlk oyunda “İnter Mayami” 2:1 hesabı ilə qalib gəlmişdi. Bu görə də, tərəflər arasında daha bir oyun keçiriləcək. Qarşılaşma “İnter Mayami”nin meydanında olacaq.

Aut.az