39 yaşlı Oveçkindən 21-ci əsrin rekordu
“Vaşinqton Kapitals” klubunun rusiyalı hücumçusu Aleksandr Oveçkin Milli Xokkey Liqasında 39 yaş və yuxarı oyunçular arasında XXI əsrin unikal nailiyyətinə imza atıb.
Aut.az xəbər verir ki, paytaxt klubunun kapitanı “Kolambus”la qarşılaşmada iki məhsuldar ötürmə edib və bir qola imza atıb. Oveçkin cari MXL mövsümündə ardıcıl iki oyunda 3+ xalla yadda qalıb.
“Monreal”la əvvəlki görüşdə də Aleksandr bir qol vurub və iki məhsuldar ötürmə edib. Beləliklə, Oveçkin 21-ci əsrdə 39+ yaşlı xokkeyçilər arasında ardıcıl iki matçda üç xal qazanmağı bacaran ilk oyunçu olub.
MXL tarixində bunu daha əvvəl üç nəfər bacarıb: Jan Ratel (hər biri 1979/1980 və 1980/1981 mövsümündə iki oyun), Qordi Xou (1968/1969 mövsümündə iki oyun) və Tim Horton ( 1968/1969 mövsümündə iki oyun).
Xatırladaq ki, Oveçkin hazırda Qretzkinin rekordundan 35 qol geridədir.
Aut.az
