İkiqat Olimpiya çempionu dünya rekordu qırdı
Amerikalı üzgüçü və ikiqat Olimpiya çempionu Reqan Smit 2024-cü ildə 200 metr məsafəyə arxası üstə üzmə yarışında yeni dünya rekordu müəyyənləşdirib.
Aut.az xəbər verir ki, Sinqapurda keçirilən dünya çempionatında o, bu məsafəni 1:58,83 dəqiqəyə qət edib. Bundan əvvəlki rekord (1:58,94) avstraliyalı Kayli MakKeowna məxsus idi.
22 yaşlı Smit 2024-cü il Paris Oyunlarında qarışıq estafet üzrə ikiqat Olimpiya çempionudur. O, 50 metrlik məsafədə üzmədə üç dəfə dünya çempionu olub.
Aut.az
