Olimpiya mükafatçısı faciəvi şəkildə öldü
Norveçli fristayl üzrə lyujçı, 2010-cu il Vankuver Olimpiadasının bürünc medalçısı Audun Qrenvold ildırım çarpması nəticəsində həyatını itirib.
Aut.az xəbər verir ki, bu barədə “NRK.no” xəbər yayıb.
Faciə iyulun 12-də baş verib. Hadisənin təfərrüatlarını idmançının həyat yoldaşı Kristin Tandberq sosial şəbəkədə paylaşıb:
“Audun, iyirmi il ərzində mənim böyük sevgim və ən yaxın dostum oldun… bu gün bizdən ayrıldın. Hər şey gözəl bir yay tətili kimi başlamışdı, lakin ötən şənbə dağ evimizin yaxınlığında ildırım sənə dəydi və hər şey dəyişdi.
Sən dərhal tibbi yardım aldın və xəstəxanaya çatdırıldın, amma bu gecə aldığın xəsarətlərdən vəfat etdin”.
Qrenvold 49 yaşında dünyasını dəyişib.
Grenvold idman karyerasına dağ xizəkçisi kimi başlamış, sonradan fristayl üzrə yarışlarda çıxış etmişdi. O, 2010-cu il Qış Olimpiya Oyunlarında ski-kross növündə bürünc medal qazanmışdı.
Aut.az
