Bu oyundan sonra qovulacaq? – Son şans verilib
İtaliyanın “Roma” klubunun xorvatiyalı çalışdırıcısı İvan Yuriç A Seriyasının 10-cu turunda keçiriləcək “Torino” ilə matçdan sonra qovula bilər.
Aut.az xəbər verir ki, insayder Nikolo Şiranın sözlərinə görə, məşqçiyə İtaliya çempionatının 9-cu turunda “Fiorentina”ya məğlubiyyətdən (1:5) sonra son şans verilib.
Skira onu da qeyd edir ki, “Roma” rəhbərliyi ötən ay işdən çıxardığı baş məşqçi Daniele De Rossinin postuna qayıtmaq imkanını nəzərdən keçirir.
İnsayder istisna etmir ki, “Roma” rəhbərliyi artıq De Rossi ilə anlaşıb və “Torino” ilə oyun İvan Yuriç üçün onun klubdakı gələcəyinə təsir etmədən yalnız formal xarakter daşıyacaq.
Aut.az
