İngiltərə

“Yunayted” üçün ən uyğun məşqçi – Lineker göstərdi

İngiltərə yığmasının sabiq futbolçusu Qari Lineker hesab edir ki, İngiltərə millisinin müvəqqəti baş məşqçisi Li Karsli “Mançester Yunayted” üçün uyğun mütəxəssisdir.

Britaniya klubu Erik ten Haqın qovulmasından sonra baş məşqçisiz qalıb.

“Məncə, çox maraqlı olardı. O, şübhəsiz ki, parlaq məşqçidir. Onların yəqin ki, heç düşünməyəcəkləri biri də Li Karslidir. Amma o, yaradıcı məşqçidir, həqiqətən hücum futbolu ilə məşğul olur. Yığmanın futbolçularından eşitdiyimə görə, o, həqiqətən də yaxşı, maraqlı və öz oyun fəlsəfəsi olan məşqçidir.

Düşünürəm ki, onun üçün çətin olan yeganə şey media materiallarıdır, amma öyrənmək asandır”, – Lineker “The Rest Is Football” podkastında deyib.

“Yunayted” üçün ən uyğun məşqçi – Lineker göstərdi

Aut.az