Ronaldo monstr, Messi monstrın atasıdır – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Lionel Messi ilə Kriştiano Ronaldo arasındakı qarşıdurma zamanı “Qızıl top”u almağın çətin olduğunu qeyd edib.
“Vaxt var idi ki, La Masiadan üç oyunçu “Qızıl top”u qazana bilərdi. Amma nə Xavi, nə də İnyesta Messi ilə mübarizə apara bilmədi. Bunu ancaq monstr olan Kriştiano Ronaldo etdi. Amma Messi monstrın atasıdır. Onların heyrətamiz karyerası var idi və onlar başqa səviyyədədirlər. Amma Xavi və İnyesta da bu mükafata layiq idilər”, – AS Qvardiolanın sözlərindən sitat gətirib.
Aut.az
