Ferqyusondan sonra MY-nin ən yaxşı baş məşqçisi: Görün kimdir
“Goal.com” 2013-cü ildə Aleks Ferqyusonun ayrılmasından sonra “Mançester Yunayted”in ən yaxşı baş məşqçilərinin siyahısını açıqlayıb.
Aut.az xəbər verir ki, siyahıya norveçli Ole Qunnar Sulşer (2018-2021) başçılıq edir.
İkinci sırada portuqaliyalı Joze Mourinyo (2016-2018) qərarlaşıb. “İlk üçlüy”ü Erik ten Haq (2022-davam edir) qapayır.
Sonrakı yerləri Lui van Qal (2014-2016), Ralf Raqnik (2021-2022) və Deyvid Moyes (2013-2014) tutur.
