Dünya rekordunu qırdı
Efiopiyalı atlet Yomif Kejelça yarımmarafon qaçışı üzrə dünya rekorduna imza atıb.
Aut.az xəbər verir ki, Valensiyada keçirilən yarışda Kejelça 57 dəqiqə 30 saniyə nəticə göstərib.
Bu məsafə üzrə əvvəlki dünya rekordu Uqandalı Ceykob Kiplimoya məxsus idi. 2021-ci ilin noyabrında Lissabon yarımmarafonunda o, 21,1 km məsafəni 57 dəqiqə 31 saniyəyə qət edib.
Aut.az
