NBA tarixinin ən yaxşı startı: Hələ beləsi olmamışdı
“Qolden Steyt Uarriors” ardıcıl iki qələbə qazanaraq 2024/2025 NBA müntəzəm mövsümünə uğurla başlayıb.
Aut.az xəbər verir ki, komanda “Yuta”ya 127:86 hesabı ilə qalib gəlib.
“Clutch Points”in məlumatına görə, xəbər verir ki, “Uarriors” liqa tarixində müntəzəm mövsümün əvvəlində 35+ xal fərqi ilə iki qələbə qazanan ilk komanda olub. Bundan əvvəl “Qolden Steyt” “Portland Trail Blazers”i 140:104 hesabı ilə məğlub edib.
San-Fransisko komandası növbəti oyununu oktyabrın 28-də keçirəcək. Rəqib “Los Anceles Klippers” olacaq.
Aut.az
