İngiltərə

Yeni müqavilə imzalamaqdan imtina edir – Səbəbi?

“Nyukasl Yunayted”in hücumçusu Aleksandr İsak “sağsağanlar”la yeni müqaviləyə razılıq vermək fikrində deyil.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hazırda isveçlinin klubla 2028-ci ilə qədər müqaviləsi var. Bununla belə, ilkin danışıqlar İsakın əməkdaşlığı uzatmaq istəmədiyini nümayiş etdirib. İsveçli hücumçunun əsas səbəbi Çempionlar Liqasında oynamaq istəyi və “Nyukasl”ın bu istiqamətdə qeyri-müəyyən perspektivləridir.

Danışıqlar keçən yaydan dalana dirənib və hazırda yeni müqavilə ilə bağlı müzakirələr aparılmır. Çünki həm klub, həm də oyunçu bunu yersiz hesab edir.

Mənbənin sözlərinə görə, Vəziyyəti 25 yaşlı forvardla maraqlanan “Arsenal” da izləyir.

Aut.az