Ançelotti fasilədə “Real”ın oyunçularına nə deyib?
“Real”ın hücumçusu Vinisius Junior Dortmund “Borussiya”sı üzərində qələbəni (5:2) şərh edib.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Əsas odur ki, biz özümüzə inandıq. Bu, bizim evimizdir, azarkeşlərimizlə doludur və belə şəraitdə hər şey ola bilər.
Fasilədə sakit idik. Biz bossu (red – baş məşqçi Karlo Ançelotti) dinlədik və bir sadə məsələdə razılaşdıq: əgər birinci qol vura bilsək, qalib gələcəyik.
Azarkeşlərə bizimlə olduqları üçün təşəkkür etmək istəyirəm, çünki bilirik ki, inkişaf etməliyik. Məqsədimiz hər həftənin əvvəlindən ikinci hissədəki kimi oynamaqdır.
Ançelotti həmişə matçları asanlaşdırmaq üçün düzgün yol tapır. Taktikanı dəyişdik, həm də ikinci yarıda dinamikanı artırdıq. Çempionlar Liqası bizim turnirimizdir və səhv etməyib, onu yenidən qazanmaq istəyirik. Ançelotti həmişə mənə deyir ki, verəcəyim daha çox şey var. 24 yaşım var və əbədi olaraq Real Madriddə qalmaq istəyirəm. Mənə çox şey verən kluba hər şeyi vermək istəyirəm”.
Qeyd edək ki, braziliyalı vinger bu görüşdə het-trik edib.
Aut.az
