Tarixin ən çevik futbolçuları: Ronaldo 9-cudur, Messi isə…
“GiveMeSport” portalı tarixin ən çevik futbolçularının reytinqini tərtib edib.
Aut.az xəbər verir ki, reytinq müəyyənləşdirilərkən futbolçunun təkcə sürəti deyil, həm də onun qaçış istiqamətini qəfil dəyişməsi, eləcə də meydanda müxtəlif vəziyyətlərə cəld reaksiya vermə qabiliyyəti qiymətləndirilib.
Reytinqə Argentina millisinin futbolçusu Lionel Messi başçılıq edir, onun əsas rəqibi Kriştiano Ronaldo 9-cu yerdə qərarlaşıb.
Tarixin ən çevik futbolçuları:
Lionel Messi
Neymar
Dieqo Maradona
Ronaldinyo
Pele
Eden Azar
Andres İnyesta
Zinəddin Zidan
Kriştiano Ronaldo
Zlatan İbrahimoviç
Camal Musiala
Ekspertlər hesab edir ki, reytinqin qalibi Lionel Messi həmişə futbolda inqilab yaradıb. Kiçik boylu olmasına baxmayaraq, argentinalı həmişə texnikası və bacarığı ilə məşhur olub. Messi bir çox rekordlar qıraraq “Barselona”nın və Argentina millisinin tarixində mühüm iz qoyub.
Aut.az
