Dünya futbolu

Dünyanın ən zəif komandası məlum oldu: Hər matçda 10+ top buraxır – FOTOFAKT

Monqolustan Premyer Liqasında çıxış edən “Tuv Azarqanuud” klubu 2024/2025 mövsümündə planetin ən zəif klubudur.

Aut.az xəbər verir ki, ölkənin mərkəzi hissəsində yerləşən Aimak Tuveni təmsil edən komanda 9 turdan sonra 9 məğlubiyyətlə çempionatının sonuncu – 10-cu yeri tutur.

“Tuv Azarqanuud”un futbolçuları keçirilən matçlarda rəqiblərinə 2 qol vurub, 111 top buraxıblar. Orta hesabla hər oyunda 12 dəfə topu “tordan çıxarıblar”.

Komanda son oyununda oktyabrın 20-də evdə “Brera İlç”ə 1:20 hesabı ilə uduzub. Yeri gəlmişkən, qarşılaşma güclü qar yağışı altında baş tutub.

“Tuv Azarqanuud” ən təvazökar məğlubiyyətini 4-cü turda “Xangarid”dən alıb – 0:4. Komanda sadəcə olaraq görüşə gəlmədiyi üçün bu, texniki məğlubiyyət olub.

“Tuv Azarqanuud”un heyətini əsasən ya 18 yaşa qədər gənc, ya da 36 yaşdan yuxarı veteran futbolçular təşkil edir.

Aut.az

Dünyanın ən zəif komandası məlum oldu: Hər matçda 10+ top buraxır - FOTOFAKT Dünyanın ən zəif komandası məlum oldu: Hər matçda 10+ top buraxır - FOTOFAKT